Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə görüşüb

Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri ATƏT-in Minsk qrupunun fransalı həmsədri ilə görüşüb
# 18 noyabr 2014 09:20 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva – APA. Böyük Britaniyanın Avropa məsələləri üzrə naziri Devid Lidinqton ATƏT-in Minsk qrupunun fransalı həmsədri Pyer Andryu ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin rəsmi “Tvitter” səhifəsində məlumat yer alıb.

Görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinin müzakirə edildiyi bildirilir.

Xatırladaq ki, D. Lidinqton noyabrın əvvəlində Ermənistana və Azərbaycana səfər edib. Britaniyalı nazir Azərbaycanda səfərdə olarkən, prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla, habelə "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması" İctimai Birliyinin sədri Bayram Səfərov və digərləri ilə görüşlər keçirib.

Britaniyalı nazir görüşlərdə ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsində yardıma hazır olduğunu, problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR