TQDK Lənkəranda “Riyaziyyat” və “Biologiya” dərslik komplektinin müzakirəsini keçirib

TQDK Lənkəranda “Riyaziyyat” və “Biologiya” dərslik komplektinin müzakirəsini keçirib
# 27 yanvar 2014 11:42 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Lənkəran şəhərində yeni təhsil proqramı (kurikulum) əsasında hazırlanmış 6-cı sinif “Riyaziyyat” və “Biologiya” dərslik komplektinin müzakirəsini keçirib.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müzakirədə Lənkəran şəhərinin, Masallı, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarının tam orta məktəblərinin müvafiq fənn müəllimləri, metodistlər iştirak ediblər.

Dərslik komplekti məzmunun işlənməsi, dil və yazı üslubu, dizayn və bədii tərtibat və verilən tapşırıqların elmi-metodiki uyğunluğu baxımından müzakirə edilib.

Qeyd edək ki, dərslik komplektinin müzakirəsi internet vasitəsilə canlı yayımlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR