Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq

Bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq
# 06 dekabr 2013 08:13 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar 6 dekabr 2013-cü il tarixində saat 09:00-dan 18:00-dək Ucar, Zərdab, Daşkəsən rayonlarına, Lənkəran şəhəri daxil olmaqla rayonun bir hissəsinə və Gəncə şəhərinin bir hissəsinə, saat 10:00-dan 13:00-dək Sabunçu rayonu Bakıxanov qəsəbəsinin bir hissəsinə, saat 10:00-dan 16:00-dək Kürdəmir rayonunun bir hissəsinə, saat 10:00-dan 17:00-dək Xəzər və Binəqədi rayonlarının bir hissəsinə, saat 10:00-dan 18:00-dək isə Qaradağ rayonunun bir hissəsinə və İsmayıllı rayonunun İvanovka kəndinə təbii qaz verilişində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR