Pakistanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır

Pakistanın Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatır
# 28 fevral 2013 09:29 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Pakistanın Azərbaycandakı səfiri İnayatullah Kakarın səlahiyyət müddəti başa çatır. Səfirlikdən APA-ya verilən məlumata görə, diplomat təqaüdə çıxacaq. Onun martın 12-də Azərbaycanı tərk edəcəyi gözlənilir. Yeni səfirin təyinatı isə martın 15-dən sonra gerçəkləşəcək.

Qeyd edək ki, İ. Kakar 1953-cü il martın 13-də anadan olub. 1984-cü ildən Pakistan Xarici İşlər Nazirliyində çalışmağa başlayıb. Pakistanın Bağdadda, Rabatda, Dohada, Ər Riyadda və Qəndəharda yerləşər diplomatik nümayəndəliklərində çalışıb. 2011-ci il iyulun 18-dən Pakistanın Azərbaycandakı səfiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR