Azərbaycan səfiri Argentinanın turizm naziri ilə görüşüb - FOTO

Azərbaycan səfiri Argentinanın turizm naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 18 sentyabr 2014 08:14 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Argentinadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin turizm naziri Enrike Meyerlə görüşüb.


Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA – ya verilən məlumata görə, görüşdə son illərdə iki ölkə arasında turizm sahəsindəki əlaqələrin inkişafı müzakirə olunub, habelə E.Meyerin 2012-ci ildə Azərbaycana səfəri, iki ölkənin turizm nazirlərinin beynəlxalq tədbirlər çərçivəsində təmasları və 2013-cü ildə Argentinanın Turizmin Təşviqi üzrə Milli İnstitutunun Azərbaycan Beynəlxalq Turizm və Səyahət Sərgisində iştirakı qeyd edilib.

Səfir M. Əhmədzadə Azərbaycanda turizm sənayesinin və infrastrukturunun inkişafı istiqamətində dövlət siyasəti, ölkəmizə xarici turistlərin cəlb edilməsi üçün atılan addımlar, bu xüsusda Azərbaycanda keçirilən beynəlxalq səviyyəli tədbirlər haqda məlumat verib.

Görüşdə həmçinin Azərbaycan və Argentina arasında turizm sahəsində əlaqələrin inkişafı üçün müvafiq hüquqi-normativ bazanın razılaşdırılması, institusional səviyyədə təmasların davam etdirilməsi və qarşılıqlı turist axınının artırılmasına xidmət göstərən tədbirlərin təşkili ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR