Paşha Bank
Bank Of Baku

Goranboyun bir neçə kəndi internetsiz qalıb

Goranboyun bir neçə kəndi internetsiz qalıb
# 23 mart 2019 22:59 (UTC +04:00)

Goranboyun bir neçə kəndinə internetin ötürülməsi dayanıb.

ONA-nın Mingəçevir bürosunun məlumatına görə, bir neçə saatdır internet verilişində yaranan problem Qızılhacılı kəndi ərazisindən keçən fiberoptik kabeldə yaranan nasazlıqla əlaqədardır. Kabel xəttində yaranan problem Boluslu, Nərimanlı, Məşədi Qaralar, Eyvazlılar kəndlərini və daha bir yaşayış məntəqəsini internetsiz qoyub.

Qəzanın aradan qaldırılması üçün Gəncə Telekommunikasiya İdarəsindən mütəxəssislərin cəlb olunması nəzərdə tutulur. Əldə olunan məlumata görə, proses sabaha kimi davam edəcək.

İnternetin ötürülməsində yaranan nasazlığın tam öyrənilməsi üçün ərazidə iş aparılır.

Ehtiram Muradov

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR