Hacıqabulda mebel mağazası yanıb

Hacıqabulda mebel mağazası yanıb
# 22 avqust 2015 07:48 (UTC +04:00)

Hacıqabulda mebel mağazası yanıb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul şəhəri İsmət Qayıbov küçəsində yerləşən Əzizov Füzuli Əziz oğluna məxsus ümumi sahəsi 440 kv.m olan mebel mağazasında qeydə alınıb.

Mağazanın yanar konstruksiyaları 210 kv.m sahədə və içərisində olan mebellər yanıb. Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Hacıqabul Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Mağazanın qalan hissəsi, ona bitişik ev və digər mağazalar yanğından mühafizə olunub. Yanğına səbəb elektrik xəttində qısaqapanma və havanın küləkli olması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR