İranda azərbaycanlı fəallar azadlığa buraxılıb

İranda azərbaycanlı fəallar azadlığa buraxılıb
# 28 fevral 2013 04:19 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlı fəallar azadlığa buraxılıb. APA-nın məlumatına görə, Salar Turi, Məhəmməd Xətibi, Məhəmməd Əmiri, Əli Şirnak və Adil (Nəcəf) Xəndan fevralın 26-da axşam saatlarında sərbəst buraxılıblar.

Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) 40-dan çox əməkdaşı fevralın 24-də axşam saatlarında Təbriz şəhərindəki Qolşəhr məhəlləsində yerləşən “Yanar” çay evinə basqın edərək 45 nəfəri tutublar. Azərbaycanlı fəallardan 40 nəfəri sorğu-sual edildikdən və bir gün ETTELAAT-ın Təbrizdəki təcridxanasında saxlanıldıqdan sonra fevralın 25-də səhər saatlarında azadlığa buraxılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR