İranda PJAK və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib

İranda PJAK və təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib
# 14 avqust 2015 11:28 (UTC +04:00)

Bakı. Türbət Bağrova - APA. PKK-nın İran qolu olan PJAK-la İran təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

APA-nın “İRNA”ya istinadən verdiyi xəbərə görə, bu barədə İnqilab Keşikçiləri Korpusunun Kürdüstan Əyalətindəki rəsmisi Altay İbrahim Hüseyn açıqlama verib.

Onun sözlərinə görə, toqquşma avqustun 11-i İranın Kürdüstan Əyalətindəki Kamyaran şəhərində qeydə alınıb.

A. İ. Hüseyn bəsiclər və PJAK silahlıları arasında baş verən toqquşmalar nəticəsində 5 bəsic hərbçisinin həlak olduğu bildirilib.

PJAK-dan verilən açıqlamada isə 12 bəsic hərbçisinin öldürüldüyü deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR