Nizami Kino Mərkəzində Avropa mütəxəssisləri ilə görüş keçirilib

Nizami Kino Mərkəzində Avropa mütəxəssisləri ilə görüş keçirilib
# 01 oktyabr 2014 07:18 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 30-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə yerli kinematoqrafçılarla Avropa mütəxəssisləri arasında görüş keçirilib.

“Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, kinostudiyanın direktoru Müşfiq Hətəmov bildirib ki, təmsil etdiyi qurum son illərdə 18 beynəlxalq festivalda iştirak edərək Azərbaycanın kino sahəsindəki uğurunu dünyaya çatdırıb.

Tədbirdə niderlandlı ssenarist Roelof Jan Minneboo, fransalı prodüser Guillaume de Seille və Karlovı Varı Beynəlxalq film festivalının bədii direktoru Karel Och öz təcrübələrini azərbaycanlı rejissorlarla bölüşüblər.

Kinostudiyadan bildiriblər ki, avropalı kino xadimlərinin ustad dərsləri bir neçə gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR