Amerika fond bazarında əsas indekslər azalıb, Avropada isə artıb

Amerika fond bazarında əsas indekslər azalıb, Avropada isə artıb
# 31 iyul 2012 09:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. İyulun 30-da Amerika fond bazarında Dow Jones indeksi 0,02% - 13 073 bəndədək, S&P 500 0,05% - 1 385 bəndədək, Nasdaq isə 0,4% - 2 946 bəndədək enib.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında iyulun 30-da FTSE 100 indeksi 1,2% - 5 694 bəndədək, Almaniya DAX-ı 1,3% - 6 774 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 321 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 627 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2283 (-0,04%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR