Yardımlının daha bir kəndinə təbii qaz verilib - FOTO - VİDEO

Yardımlının daha bir kəndinə təbii qaz verilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 11 dekabr 2013 00:09 (UTC +04:00)

Yardımlı. Ağəddin Babayev – APA. Dekabrın 10-da “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Yardımlı rayonunun ucqar Mişkireyn kəndinə ilk dəfə mavi yanacaq verilib. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən mərasimdə bildirilib ki, hazırda Azərbaycanın regionlarında, eləcədə dağ rayonu Yardımlıda qaz təsərrüfatının və əhalinin mavi yanacaqla keyfiyyətli təminatı istiqamətində böyük işlər görülür. O da qeyd olunub ki, 54 abonenti olan Mişkireyn kəndinin təbii qazla təchiz edilməsi üçün başlanılan işlər qısa zaman ərzində həyata keçirilib və rayonun relyef baxımından mürəkkəb ərazisi hesab olunan bu yaşayış məntəqəsinə mavi yanacağın verilməsi sakinlər üçün qış mövsümü ərəfəsində çox əhəmiyyətlidir.

Qeyd edək ki, kəndin mavi yanacaqla təmin olunması üçün 2100 metr uzunluğunda daşıyıcı - paylayıcı və 2300 metr məhəllədaxili qaz kəmərləri çəkilib. Eyni zamanda 54 abonent sayğacla təmin edilib və onların hər biri üçün fərdi tənzimləyici quraşdırılıb. Hazırda isə rayonun Daşkənd və Urakəran kəndlərinə də təbii qazın verilməsi üçün sürətli işlər aparılır və ilin sonuna kimi bu yaşayış məntəqələrinin əhalisi də mavi yanacaqdan istifadə edə biləcək. Bununla da Yardımlıda təbii qazdan istifadə edən abonentlərin sayı 2000-ə çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR