Şirvanda 2500-dək sakin tibbi müayinədən keçib

Şirvanda 2500-dək sakin tibbi müayinədən keçib
# 25 fevral 2014 16:33 (UTC +04:00)

Şirvan. Əlibəy Zeynallı-APA. Şirvan şəhərində sakinlərin məcburi müayinədən keçirilməsi davam edir.

Şirvan Şəhər Xəstəxanasının baş həkimi Fərhad Səfərovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, 17 fevraldan başlayaraq bu günə kimi Şirvan şəhərinin müəssisələrində çalışan və işləməyən 2500-ə qədər sakin tibbi müayinədən keçib. Müayinə zamanı 150-yə qədər sakində ilkin xəstəliklər aşkar edilib. Həmin xəstələr poliklinikanın müvafiq tibbi kabinetlərində nəzarətə götürülüb. Onların müalicəsi istiqamətində və digər profilaktik tədbirlərin görülməsi üçün göstərişlər verilib. Müayinə may ayının 1-nə qədər davam edəcək. Şəhərin 30 mindən çox əhalisinin tibbi müayinədən keçəcəyi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR