Rauf Mirqədirovun məhkəmə prosesi təxirə salınıb

Rauf Mirqədirovun məhkəmə prosesi təxirə salınıb
# 06 iyun 2014 13:54 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Nəsimin Rayon Məhkəməsində həbsdə olan jurnalist Rauf Mirqədirovun şikayəti əsasında bu günə təyin edilən məhkəmə prosesi təxirə salınıb.


Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, buna R. Mirqədirovun məhkəməyə gətirilməməsi səbəb olub. Proses iyunun 9-da keçiriləcək.

Qeyd edək ki, müstəntiq İbrahim Ləmbəranski R. Mirqədirova Türkiyədə pozulmuş hüquqlarını müdafiə etmək üçün vəkil tutulmasına etibarnamə verilməsinə icazə verməyib. Müstəntiqin bununla bağlı hazırladığı qərardan R. Mirqədirovun vəkilləri məhkəməyə şikayət ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR