Azərbaycan və Türkiyənin ortaq tarixinin yazılmasına başlanılıb

Azərbaycan və Türkiyənin ortaq tarixinin yazılmasına başlanılıb
# 24 may 2013 09:12 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan və Türkiyənin ortaq tarixinin yazılmasına başlanılıb.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov deyib.

Ortaq türk tarixinin yazılması Azərbaycan prezidentinin Türkiyə baş naziri ilə görüşündə razılaşdırılıb. İlk mərhələdə bütün türk dünyasının məşhur insanları ilə bağlı araşdırmalar aparılacaq: “Onlara qarşı olan təhqirləri aradan qaldıracağıq. Əmir Teymura, İldırım Bəyazidə, Şah İsmayıla eyni sevgini yaradacağıq. Bundan sonra türk dövlətlərinin tarixləri çap olunacaq. Son mərhələdə isə türkün ümumi tarixi yazılacaq”.

Y.Mahmudov deyib ki, artıq Azərbaycanın 7-8-ci sinif orta məktəb dərsliklərində bütün türk imperiyalarının tarixi öyrənilir: “Çox təəssüf ki, hələ Türkiyədə, Orta Asiya Respublikalarında bu proses həyata keçirilmir. Azərbaycanın təşəbbüsü ilə həmin ölkələr də türk imperiyalarının tarixini orta məktəb dərsliklərinə salacaaqlar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR