İsrail Fələstinlə sülh müqaviləsi imzalamaq üçün geniş əraziləri güzəştə getməyə hazır olduğunu bəyan edib

İsrail Fələstinlə sülh müqaviləsi imzalamaq üçün geniş əraziləri güzəştə getməyə hazır olduğunu bəyan edib
# 26 iyul 2013 16:14 (UTC +04:00)

APA-nın “newsru.co.il” saytına istinadən verdiyi məlumata görə, bu barədə “The Daily Telegraph” nəşrinə müsahibəsində İsrailin strateji planlaşdırma naziri Yuval Ştaynits bildirib.

Onun sözlərinə görə, İsrail-Fələstin münaqişənin həlli üçün yeganə yolu hər iki xalq üçün ayrı dövlətlərin yaradılmasıdır. Y. Ştaynits qeyd edib ki, ərazi güzəştlərini nəzərdə tutan sülh müqaviləsi imzalansa İsrail vətəndaşların çoxu bu addımını dəstəkləyəcəklər: “Lakin israillilər əmin olmalılar ki, bunun müqabilində onlar həqiqi sülh əldə edəcəklər. Eyni zamanda fələstinlilər İsraili yəhudi dövləti kimi tanımalıdır və dövlətə qarşı iddialardan vaz keçməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR