Azərbaycanın qərbində ekoloji təmiz enerji ilə təmin olunacaq şəhərcik salınacaq

Azərbaycanın qərbində ekoloji təmiz enerji ilə təmin olunacaq şəhərcik salınacaq
# 28 fevral 2014 10:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanın Samux rayonu ərazisində tikiləcək aqroenerji kompleksinin layihə-smeta sənədləri artıq hazırlanıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyindən «APA-Economics»ə verilən məlumata görə, bu layihə çərçivəsində ilkin mərhələdə ölkədə gücü 2,8 MVt olan günəş elektrik stansiyasının tikintisi və avadanlıqlarının quraşdırılmasına başlanılıb.

Məlumata görə, aqroenerji kompleksində birinci mərhələdə 300 ailə üçün yeni qəsəbənin tikintisi və istehsal təyinatlı obyektlərin istifadəyə verilməsi, iki mindən çox vətəndaşın işlə təmin edilməsi nəzərdə tutulur.

Bütün infrastruktura malik olacaq bu şəhərciyin enerji təchizatı ekoloji təmiz günəş, külək, geotermal və bioqaz enerji mənbələri hesabına təmin olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR