Topaz Premyer Liqasında XXI turun rəmzi komandası müəyyənləşib

Topaz Premyer Liqasında XXI turun rəmzi komandası müəyyənləşib
# 18 fevral 2014 12:50 (UTC +04:00)

Bakı – APA. Topaz Premyer Liqasında XXI turun rəmzi komandası müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Instat Football” şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən, ötən turun ən yaxşı “onbirliy” i aşağıdakı kimidir:

Qapıçı – Aqil Məmmədov (“Bakı”)

Müdafiəçilər – Vanderson Skarduelli (“Xəzər Lənkəran”), Elvin Yunuszadə (“Neftçi”), Vıadimir Levin (“Qəbələ”), Ruslan Əmircanov (“İnter”)

Yarımmüdafiəçilər – Cavid Hüseynov (“Bakı”), Abdulla Abatsiyev (“İnter”), Elnur Abdullayev (“Xəzər Lənkəran”), Sadio Tounkara (“Xəzər Lənkəran”)

Hücumçular – Daniel Subotiç (“Qəbələ”), Etame Mbilla (“Xəzər Lənkəran”)

Topa sahib olmada və ötürmələrdə “Qarabağ” digərlərindən üstün olub. Hücum sayında “Neftçi”, qapılara zərbələrdə isə “Qəbələ” fərqlənib.

Turun ən yaxşı oyunçusu “Qəbələ”nin hücumçusu Daniel Subotiçdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR