DİN: Balakən Rayon Polis Şöbəsinin bəzi əməkdaşlarının qanunazidd hərəkətləri ilə bağlı zəruri əməliyyat tədbirləri həyata keçirilib

DİN: Balakən Rayon Polis Şöbəsinin bəzi əməkdaşlarının qanunazidd hərəkətləri ilə bağlı zəruri əməliyyat tədbirləri həyata keçirilib
# 04 aprel 2014 07:22 (UTC +04:00)

Bu barədə APA-nın sorğusunu cavablandıran nazirliyin mətbuat xidmətinin rəhbəri, polis-polkovniki Sadiq Gözəlov qeyd edib ki, həmin şöbənin bəzi əməkdaşlarının qanunazidd hərəkətləri barədə daxil olmuş məlumat əsasında nazirlik tərəfindən zəruri əməliyyat tədbirləri həyata keçirilib: “Daxili işlər orqanları üzrə müvafiq tədbirlər davamlı sürətdə aparılır”.

Qeyd edək ki, APA ötən gün Balakən Rayon Polis Şöbəsinin İtitala kəndi üzrə sahə müvəkkili, polis kapitanı Vüqar Filiyev saxlanılması barədə məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR