İsrail silah sənayesinin aparıcı 6 şirkəti Azərbaycanda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək

İsrail silah sənayesinin aparıcı 6 şirkəti Azərbaycanda keçiriləcək beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edəcək
# 28 dekabr 2013 10:19 (UTC +04:00)

Bu barədə APA-ya sərginin təşkilat komitəsindən məlumat verilib.

Gələn ilin sentyabrında Bakıda keçiriləcək ADEX-2014 müdafiə sərgisində İsrail hərbi sənayesini “Aeronautics Defence Systems”, “Elbit Systems”, Israel Military Industries (IMI), Israel Aerospace Industries (IAI), Israel Weapon Industries (IWI) və “Rafael” şirkətləri təmsil edəcək.

Qeyd edək ki, hazırda Azərbaycan “Aeronautics Defence Systems” şirkəti ilə birlikdə Bakıda pilotsuz uçuş aparatlarının birgə istehsalını həyata keçirir. İsrailin və dünyanın ən böyük hərbi şirkətləri arasında yer alan “Elbit Systems”in Azərbaycanda törəmə şirkəti mövcuddur. Azərbaycanın hərbi qurumları adları çəkilən digər şirkətlərlə yaxından əməkdaşlıq edir.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR