Nigeriyada generallar “Boko Haram” ekstremist qruplaşmasına yardım göstərməkdə ittiham olunurlar

Nigeriyada generallar “Boko Haram” ekstremist qruplaşmasına yardım göstərməkdə ittiham olunurlar
# 03 iyun 2014 13:10 (UTC +04:00)

Bakı. Zümrüd Paşayeva-APA. Nigeriyada yüksək rütbəli zabitlər “Boko Haram” ekstremist qruplaşmasına yardım göstərməkdə günahlandırılır.

APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, 10 general və 5 nəfər yüksək rütbəli zabit tərəfindən ötürülmüş informasiya yaraqlılara hərbi postlara hücum zamanı kömək edib.

Məhkəmə prosesində həmçinin qeyd edilib ki, aşağı rütbəli zabitlər ekstremistlərlə eyni cəbhədə vuruşduqdan sonra yenidən hərbi hissələrə qayıdıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR