ABŞ-ın Nümayəndələr Palatasında dövlət borcu ilə bağlı səsvermə təxirə salınıb

ABŞ-ın Nümayəndələr Palatasında dövlət borcu ilə bağlı səsvermə təxirə salınıb
# 16 oktyabr 2013 03:38 (UTC +04:00)

Bakı-APA. ABŞ Konqresinin Nümayəndələr Palatasında respublikaçıların dövlət borcunun yuxarı həddinin qaldırılması və hökumətin işinin bərpa olunması ilə bağlı son planına dair səsvermə təxirə salınıb.

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, ABŞ-da defoltun başlanmasına artıq cəmi 2 gün qalıb.

Nümayəndələr Palatasının üzvü, respublikaçı Piter Seşens bildirib ki, razılığa nail olmaq üçün yeni cəhdlər oktyabrın 16 ediləcək. Bu vaxtadək irəli sürülən razılaşma variantları respublikaçıların mühafizəkar hissəsində kifayət qədər dəstək qazanmayıb, ya da demokratları qane etməyib.

Senat həmçinin böhrandan çıxış yollarına dair öz planı üzrə danışıqları bərpa edəcək.

Buna baxmayaq Barak Obama yaranmış vəziyyətdən çıxış yolunun tapılacağına hələ də ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR