Şəkidə ağır yol qəzası nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub

Şəkidə ağır yol qəzası nəticəsində ölən və yaralananların şəxsiyyəti məlum olub
# 03 aprel 2014 18:13 (UTC +04:00)

Qəza nəticəsində hadisə yerində ölən şəxs 66-BB-759 dövlət nömrə nişanlı "VAZ-21011" markalı avtomobilin sürücüsü, Şəkinin Kiş kənd sakini 1965-ci il təvəllüdlü Şirinov Məmməd Atamalı oğludur.

Xəsarət alanlar - sürücünün həyat yoldaşı, 1970-ci il təvəllüdlü Şirinova Bahar İdris qızı, onların övladları 1992-ci il təvəllüdlü Şirinov Namiq Məmməd oğlu, 1993-cü il təvəllüdlü Şirinov Hümmət Məmməd oğlu və 2000-ci il təvəllüdlü Şirinova Cəlalə Məmməd qızıdır.

Şirinov Hümmət Məmməd oğlu və Şirinova Cəlalə Məmməd qızının vəziyyəti ağır olduğundan onlar Şəki Mərkəzi Rayon xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

Şirinova Bahar İdris qızı və Şirinov Namiq Məmməd oğlu isə travmatologiya şöbəsinə yerləşdiriliblər.

Xatırladaq ki, Şəkidə bu gün baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə saat 18.00 radələrində Şəki-Qax yolunun İnci kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 66-BB-759 dövlət nömrə nişanlı VAZ-21011 markalı avtomobil Qax istiqamətində hərəkətdə olarkən, sürücü idarəetməni itirib və maşın Şin çayı üzərindəki körpüdən aşağı düşüb.

Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Sərnişinlər - iki qadın və iki kişi müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Mərkəzi Rayon xəstəxanasına yerləşdirilib. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olduğu üçün onlar xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər.

Qəzaya düşmüş şəxslər bir ailənin üzvüdür.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR