Akademik Əziz Əliyevə həsr olunmuş kataloq çapdan çıxıb

 Akademik Əziz Əliyevə həsr olunmuş kataloq çapdan çıxıb
# 11 sentyabr 2013 16:43 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Görkəmli elm xadimi, akademik Əziz Əliyevə həsr olunmuş kataloq çapdan çıxıb. APA-nın məlumatına görə, kataloq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyi tərəfindən hazırlanıb.

Muzeydən bildirilib ki, fondda Əziz Əliyevlə bağlı bir sıra tarixi sənəd və eksponatlar mövcuddur. Kataloqda Əziz Əliyevin qısa bioqrafiyası verilib, onun həyat və fəaliyyəti ilə bağlı 60-dan artıq eksponat barədə müfəssəl məlumat yer alıb, həmin eksponatların görkəmli şəxsiyyətin bioqrafiyasının naməlum qalan məqamlarının araşdırılmasında yeri və rolu qeyd olunub. Hər eksponat barədə ətraflı məlumatla bərabər, onların fotoşəkilləri də oxucuların diqqətinə çatdırılır.

Kataloqun elmi redaktoru akademik Nailə Vəlixanlı, mətn müəllifi Səbuhi Əhmədovdur.

Kataloq Azərbaycan və rus dillərində nəşr olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR