Dow Jones indeksi 1,1%, S&P 500 0,9%, Nasdaq 0,6% enib

 Dow Jones indeksi 1,1%, S&P 500 0,9%, Nasdaq 0,6% enib
# 24 yanvar 2014 06:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 23-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 16 197 bəndədək, S&P 500 0,9% - 1 829 bəndədək, Nasdaq 0,6% - 4 219 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında kotirovkaların enməsi bir sıra mənfi makroiqtisadi göstəricilərin fonunda baş verib. Məsələn, rəsmi statistikaya görə, işsizlik üzrə ilkin müraciətlərin sayı ötən həftə 1 min artaraq 326 minə çatıb. Bundan başqa, qabaqlayıcı makroiqtisadi göstəricilər indeksi dekabrda aylıq müqayisədə 0,1% artıb, halbuki bu artım 0,2% səviyyəsində proqnozlaşdırılırdı. Həmçinin, yaşayış evlərinin təkrar bazarda əqdlərin sayı dekabrda 1% artaraq 4,87 mln.-a çatıb ki, bu da proqnozdan (4,94 mln.) az olub.

Avropa fond bazarlarında yanvarın 23-də FTSE 100 indeksi 0,8% - 6 772 bəndədək, Almaniya DAX-ı 0,9% - 9 629 bəndədək, Fransa CAC-40-ı isə 1,1% - 4 279 bəndədək enib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% artaraq 1 258,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3684 dollar (+1,0%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR