İsa Qəmbər: “Rüstəm İbrahimbəyovla bağlı risklər başqa namizədlərdən daha çoxdur”

İsa Qəmbər: “Rüstəm İbrahimbəyovla bağlı risklər başqa namizədlərdən daha çoxdur”
# 20 iyul 2013 13:51 (UTC +04:00)

Müsavat başqanı bildirib ki, Milli Şura ideyası uğursuzluqla nəticələnsə, onu təsis edən bütün demokratik qüvvələr məsuliyyət daşıyacaq: “Biz bu ideyanın uğursuz olmasının qarşısını almalıyıq. Bu ideyanın müəlliflərindən biri də mənəm. Əslində Müsavat Partiyasının vahid namizədlə bağlı yanaşması bir qədər fərqli idi. Biz əsas namizəd konsepsiyasının hər zaman tərəfdarı olmuşuq. Əsas namizəd konsepsiyası ondan ibarətdir ki, namizədlər namizədliklərini irəli sürür, seçki kampaniyası aparırlar. Seçki yaxınlaşdıqdan sonra isə o qüvvələrin arasında əsas namizədi müəyyənləşdirirlər. Vahid namizədi siyasi partiyalar, əsas namizədi isə daha çox xalq müəyyənləşdirir”.


İsa Qəmbər qeyd edib ki, vahid namizədə görə güzəştə getməyi fədakarlıq hesab etmir, əksinə, seçkilərdə iştirak etmək fədakarlıqdır. O, Rüstəm İbrahimbəyovla bağlı müəyyən risklərin olduğunu da deyib: “Risklər var və təbii ki, bunlara hazır olmaq lazımdır. Amma hansı riskin ki qarşısını almaq mümkündür, onun qarşısı alınmalıdır. Müsavat Partiyasının öz namizədliyini qüvvədə saxlamaq haqqında qərarı bu baxımdan ölçülüb-biçilmiş qərardır. Rüstəm İbrahimbəyovla bağlı risklər digər namizədlər daha çoxdur. Biz xatırladırıq ki, bu riskin qarşısı alınmalıdır. Siyasətçi pis variantları daha çox hesablamalıdır, nəinki yaxşı vəziyyətləri. Müsavat Partiyası bu seçkilərin boykot edilməsinin qəti əleyhinədir. Azərbaycan xalqını bu il seçkidən məhrum etmək ona qarşı ən böyük zərbədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR