Araz Əzimov: “Azərbaycan-Əfqanıstan əlaqələri tarixi ənənəyə əsaslanır və gələcəkdə də davam edəcək”

Araz Əzimov: “Azərbaycan-Əfqanıstan əlaqələri tarixi ənənəyə əsaslanır və gələcəkdə də davam edəcək”
# 14 mart 2014 13:47 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə 2014-cü ildən sonrakı Azərbaycan-Əfqanıstan əməkdaşlığına dair məsələni şərh edən Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, Azərbaycan və Əfqanıstan əlaqələri tarixi ənənəyə əsaslanır və gələcəkdə də davam edəcək: “Əfqanıstanda vəziyyət NATO-nun İSAF qüvvələrinin çıxarılmasından sonra əlbəttə ki, dəyişəcək. Əfqanıstan hökuməti ölkə ərazisində təhlükəsizliyin təmin olunmasının məsuliyyətini öz boynuna götürəcək. Təbii ki, Azərbaycan dost ölkə olaraq Əfqanıstanla əməkdaşlığa hər zaman hazırdır”.

A. Əzimovun sözlərinə görə, gələn həftə Azərbaycana gələcək Əfqanıstan xarici işlər nazirinin səfəri zamanı həm ikitərəfli məsələlər, həm də region kontekstində təhlükəsizlik məsələləri o cümlədən İSAF missiyasından sonrakı durum və perspektivlər müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR