FHN Hacıqabul yaxınlığında baş vermiş dəmir yol qəzası ilə bağlı məlumat yayıb

FHN Hacıqabul yaxınlığında baş vermiş dəmir yol qəzası ilə bağlı məlumat yayıb
# 04 yanvar 2014 04:46 (UTC +04:00)

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Hacıqabul rayonunun Qarasu dəmiryol stansiyası yaxınlığında Bakı-Ucar marşrutu ilə hərəkət edən yük qatarının 5 vaqonu və hər birinin tutumu 60 ton olan 2 sisterni relsdən çıxıb.

Nəticədə 2 sistern aşıb, təxminən 500-600 kv.m sahəyə dizel yanacağı dağılıb. Sisternlərdən birinin qapağında mazut qalıqları yanıb. Dərhal yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, ərazidə təhlükəsizlik tədbirləri görülüb.

Hal-hazırda müvafiq qurumlar tərəfindən qəzanın nəticələrinin aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görülür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR