Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 12 noyabr 2013 06:23 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Noyabrın 11-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair dekabr müqaviləsinin dəyəri 0,54 dollar və ya 0,5% artaraq 1 barelə görə 95,14 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, noyabrın 11-də ICE London qitələrarası birjasında dekabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,28 dollar və ya 1,2% artaraq 106,40 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR