Elman Abdullayev: “Ermənilər xarici təxsisatlar alt komitəsinin qərarı ilə bağlı beynəlxalq ictimaiyyəti açıq-aşkar aldatmağa cəhd göstərirdi”

Elman Abdullayev: “Ermənilər xarici təxsisatlar alt komitəsinin qərarı ilə bağlı beynəlxalq ictimaiyyəti açıq-aşkar aldatmağa cəhd göstərirdi”
# 26 iyul 2013 16:29 (UTC +04:00)

Bu fikirləri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev jurnalistlərə açıqlamasında deyib.

“İyulun 24-də ABŞ Konqresinin xarici təxsisatlar üzrə alt komitəsi Dağlıq Qarabağ münaqişəsinin qurbanlarına yardım ayrılması barədə qərar qəbul edib. Dağlıq Qarabağın azərbaycanlı icması da belə qurbanlardandır. Erməni tərəfi faktı elə təqdim etməyə çalışırdı ki, guya bu münaqişənin qurbanları yalnız ermənilərdir. Azərbaycanda bir milyona yaxın qaçqın və məcburi köçkünün olması reallığından yan keçərək beynəlxalq ictimaiyyəti aldatmaq olmaz”.

Elman Abdullayevin sözlərinə görə, alt komitədə ermənipərəst konqresmenlərin bir çox tələbləri, o cümlədən Dağlıq Qarabağdakı separatçı rejimə 5 milyon dollar yardım göstərilməsi barədə tələb yerinə yetirilməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR