Bu il Azərbaycanda elektrik enerji istehsalının 8% artacağı gözlənilir

Bu il Azərbaycanda elektrik enerji istehsalının 8% artacağı gözlənilir
# 21 may 2013 08:40 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu il Azərbaycanda elektrik enerji istehsalının 2012-ci ilə nisbətən çox olacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu «Azərenerji» ASC-nin prezidenti Etibar Pirverdiyev bildirib.

Onun sözlərinə görə, 2013-cü ilin yekununda ölkədə istehsal olunan elektrik enerjisinin ötən ilə nisbətən artım dinamikasının 10%-dən az olacağı proqnozlaşdırılır: «Bu il Azərbaycanda 2012-ci ilə nisbətən 7-8% çox elektrik enerjisinin istehsal olunacağı gözlənilir».

Ölkədə hava elektrik kabellərinin yeraltı kabellərlə əvəzlənməsi prosesinə toxunan E.Pirverdiyev qeyd edib ki, bir çox iri şəhər və rayonlarda artıq bu istiqamətdə işlər görülür: «Ötən il ölkənin bir neçə mərkəz şəhərlərində bu işlər həyata keçirilib və hazırda bu istiqamətdə tədbirlər davam etdirilir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR