Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,3% yüksəlib

Dow Jones indeksi 0,6%, S&P 500 0,7%, Nasdaq 1,3% yüksəlib
# 19 mart 2014 06:48 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Martın 18-də Amerika fond bazarında Dow Jones indeksi 0,6% - 16 336 bəndədək, S&P 500 0,7% - 1 872 bəndədək, Nasdaq 1,3% - 4 333 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə daşınmaz əmlak bazarı üzrə müsbət statistika təsir edib. Belə ki, fevral ayında tikintiyə verilən razılığın sayı 7,7% artaraq 1,018 mln. təşkil edib ki, bu da daşınmaz əmlak bazarında sabitləşmə əlaməti kimi qiymətləndirilir.

Avropa fond bazarlarında martın 18-də FTSE 100 indeksi 0,6% - 6 605 bəndədək, Almaniya DAX-ı 0,7% - 9 243 bəndədək, Fransa CAC-40-ı isə 1,0% - 4 313 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% azalaraq 1 356,30 dollara bərabər olub.


Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3920 dollar (-0,1%) təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR