Dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib - FOTO - APA TV

Dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib - <span style="color: red;">FOTO  - <span style="color: red;">APA TV
# 11 sentyabr 2013 14:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış işçi qrupunun iclası keçirilib.

APA-nın xəbərinə görə, iclasda “Dövlət dilinin elm və təhsil müəssisələrində istifadəsi və tətbiqi ilə bağlı mövcud normativ hüquqi aktların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması”, “Qloballaşma dövrünün tələblərinə uyğun olaraq AMEA Dilçilik İnstitutunun strukturunun təkmilləşdirilməsi və maddi-texniki bazasının müasirləşdirilməsinin təmin edilməsi”, “Milli transliterasiya standartlarının hazırlanması”, “Dövlət idarəçiliyində, kütləvi informasiya vasitələrində Azərbaycan ədəbi dilinin düzgün tətbiq olunması məqsədilə maarifləndirmə tədbirlərinin və treninqlərin təşkil edilməsi” və digər məsələlər müzakirə olunub.


İclasda çıxış edən işçi qrupun sədri Kamal Abdulla bildirib ki, dövlət proqramı ölkədəki dil qaydalarının qorunması ilə bağlı ölkədəki situasiyanı tənzimləyən, dilin inkişafı üçün şərait yaradan sənəddir. Onun sözlərinə görə, bu proqramın icrası ilə bor çox məsələlərin və problemlərin həllinə nail olunacaq.


İşçi qrupunun sədr müavini Həbib Zərbəliyev isə çıxışında deyib ki, proqramın icrası ilə əlaqədar hələlik mexanizm işə salınır. Onun sözlərinə görə, bu istiqamətdə bəzi qruplar yaradılıb, dilçiliyin inkişafı ilə bağlı müxtəlif monitorinqlər aparılır. Bu ilin sonuna kimi dövlət proqramının icrası ilə bağlı görülən işlərin ilkin nəticələrini əldə etmək mümkün olacaq.


İclasın davamında müxtəlif müzakirələr və qarşılıqlı fikir mübadilələri aparılıb. İşçi qrupun növbəti iclasına kimi dövlət qurumları tərəfindən görüləcək işlərin tədbirlər planının hazırlanması və bu kimi digər işlərin görülməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR