Bakının Xətai rayonun böyük bir hissəsi işıqsız qalıb

Bakının Xətai rayonun böyük bir hissəsi işıqsız qalıb
# 07 mart 2014 15:35 (UTC +04:00)

APA-Economics”in məlumatına görə, rayonun bir çox hissəsinə enerjinin verilməsi dayandırılıb.

“Bakıelektrikşəbəkə” ASC-nin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, rayon ərazisində yerləşən “Əhmədli” yarımstansiyasında cüzi qəza vəziyyəti yaranıb: “Bu səbəbdən də rayonun bəzi hissəsi işıqsız qalıb”.

Qurumdan bildiriblər ki, elektrik enerjisinin verilişi təxminən 40-50 dəqiqəyə tam bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR