Azərbaycanın bəzi yerlərində hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq

Azərbaycanın bəzi yerlərində hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq
# 26 fevral 2014 09:22 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, cənub-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturunun gecə 3-5, gündüz 6-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 27-də hava şəraitinin əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 1-6, yüksək dağlıq ərazilərdə 6-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR