ABŞ hökuməti Senatdan İrana qarşı sanksiyaları təxirə salmağı istəyib

ABŞ hökuməti Senatdan İrana qarşı sanksiyaları təxirə salmağı istəyib
# 01 noyabr 2013 11:05 (UTC +04:00)

APA-nın İRİB-ə istinadən məlumatına görə, yığıncaqda ABŞ-ın vitse-prezidenti Co Bayden, dövlət katibi Con Kerri və maliyyə naziri Cek Lo və digər rəsmilər iştirak ediblər. Toplantıda ABŞ hökuməti demokrat və respublikaçı senatorlardan İranla “altılıq” ölkələri arasındakı nüvə müzakirələri səbəbindən rəsmi Tehrana qarşı mülayim davranılması və bu ölkəyə qarşı sanksiyaların təxirə salınmasını istəyib. Barak Obama administrasiyası İranın nüvə məsələsinin qısa zamanda həll edilməsi qeyri-mümkün və zamana ehtiyacı olan mövzu olduğunu vurğulayıb.

Qeyd edək ki, ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendez bildirib ki, İranın nüvə fəaliyyətlərinə görə bu ölkəyə qarşı yeni sanksiya layihəsi hazırlanır. Sənəd əsasən İranın neft sektorunu əhatə edəcək. Belə ki, qanun layihəsində İranın gündəlik neft ixracının bir il ərzində 500 min barelə düşürülməsi qarşıya əsas məqsəd kimi qoyulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR