TQDK sədri İmişli şəhərində vətəndaşları qəbul edəcək

TQDK sədri İmişli şəhərində vətəndaşları qəbul edəcək
# 26 fevral 2014 08:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri İmişli şəhərində vətəndaşları qəbul edəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, İmişli şəhərində keçiriləcək qəbulda Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon sakinləri iştirak edə bilərlər. Qəbul fevralın 28-də, saat 11:00-da İmişli şəhər Gənclər Mərkəzində təşkil olunacaq.


Qəbula gəlmək istəyən vətəndaşların Komissiyanın internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri ( http://eservices.tqdk.gov.az/sedrinqebulu/) və ya TQDK-nın Ağcabədi regional bölməsinə müraciət etmələri xahiş olunur. Bundan əlavə, Ağcabədi, Ağdam, Füzuli, Beyləqan, Zərdab və İmişli rayon Təhsil Şöbələrində 18–27 fevral tarixində (şənbə, bazar günləri istisna olmaqla), saat 10:00-dan 17:00-dək qəbula qeydiyyata alına bilərlər.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR