Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri oktyabrda 7,6% artıb

 Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri oktyabrda 7,6% artıb
# 13 noyabr 2013 13:47 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin oktyabr ayında Azərbaycanda sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 7,6%, 2012-ci ilin müvafiq dövrünə nisbətən isə 5,0% aşağı düşüb. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.


Oktyabrda mədənçıxarma sənayesi bölməsində istehsalçı qiymətləri xam neft və təbii qaz hasilatı üzrə 9,0%, metal filizlərin hasilatı üzrə 0,6% aşağı düşüb, daş, qum, çınqıl, duz və digər mədənçıxarma sənayesi məhsullarının hasilatı üzrə 0,6% qalxıb.


Oktyabr ayında emal sənayesi bölməsində istehsalçı qiymətləri kimya sənayesi üzrə 2,9%, elektrik avadanlıqları üzrə 2,6%, rezin və plastik kütlə məmulatları üzrə 2,4%, kağız və karton üzrə 2,0%, ağac emalı və ağacdan məmulatlar üzrə 1,6%, maşın və avadanlıqların quraşdırılması və təmiri üzrə 0,6%, dəri və dəri məmulatları, ayaqqabı üzrə 0,3%, maşın və avadanlıqlardan başqa hazır metal məmulatları, kompüter və digər elektron avadanlıqlar, maşın və avadanlıqlar, avtomobil və qoşquların istehsalı üzrə 0,1% aşağı düşüb, tütün məmulatlarının istehsalı üzrə 10,0%, metallurgiya sənayesi üzrə 3,1%, toxuculuq sənayesi üzrə 3,0%, içki istehsalı üzrə 0,8%, qida məhsulları üzrə 0,7%, poliqrafiya fəaliyyəti üzrə 0,6%, geyim istehsalı və tikinti məmulatları üzrə 0,3%, neft məhsullarının istehsalı üzrə istehsalçı qiymətləri 0,2% qalxıb.


Ay ərzində elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı bölməsi və su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsi üzrə isə heç bir dəyişiklik müşahidə olunmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR