Azərbaycan Ali Hərbi Məktəbində 20 Yanvar hadisələrinə həsr olunmuş xatirə mərasimi keçirilib

Azərbaycan Ali Hərbi Məktəbində 20 Yanvar hadisələrinə həsr olunmuş xatirə mərasimi keçirilib
# 18 yanvar 2014 15:31 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, 20 Yanvar şəhidlərinin ildönümünə həsr olunmuş «Ölməzliyə qovuşanlar» mövzusunda xatirə mərasimi keçirilib. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə şəxsi heyətlə yanaşı şəhid ailələri, elm, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Mərasimdə millət vəkili Qənirə Paşayeva, akademik Vəli Əliyev və digər ictimaiyyət nümayəndələri çıxış edərək 20 Yanvar hadisələrini xatırladıblar.

Sonra Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, xalq artisti Sevda İbrahimovanın və Azad Zahidin Abdulla Qurbaninin sözlərinə yazdıqları «Gül ömürlü qəhrəman» və «Şəhidlər» elegiyaları Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestri və C.Cahangirov adına xorun müşayiəti ilə vokal ustası Ramil Qasımov tərəfindən ifa edilib.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR