Tacikistan müdafiə nazirliyi 25 hərbçinin öldürülməsinə dair məlumatları təkzib edib

Tacikistan müdafiə nazirliyi 25 hərbçinin öldürülməsinə dair məlumatları təkzib edib
# 04 sentyabr 2015 21:12 (UTC +04:00)

Bakı-APA. Tacikistan Müdafiə Nazirliyi 25 hərbi qulluqçunun ölməsinə dair bir sıra kütləvi informasiya vasitələrində yayılan məlumatı təkzib edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri Faridun Maxmadaliyev bildirib.

Onun sözlərinə görə, sabiq müdafiə nazirinin müavini Xalim Nazorzodanın başçılığı ilə həyata keçirilən hücum nəticəsində hərbi qulluqçular zərər çəkməyib.

“Hərbçilər Tacikistan hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyatda iştirak etmirlər”, deyə F. Maxmadaliyev qeyd edib.

Bundan əvvəl, sabiq müdafiə nazirinin müavinin qruplaşması və hərbçilər arasında baş verən insident nəticəsində 33 Tacikistan DİN və MN əməkdaşının, həmçinin, 9 nəfər silahlının öldüyü bildirilirdi.

Qeyd edək ki, Tacikistan prezidenti tərəfindən vəzifəsindən azad edilən Abdulxalim Nazarzodaya sadiq qüvvələr Düşənbə və Vahdat şəhərində milis əməkdaşlarına qarşı bir neçə hücum ediblər. Atışma nəticəsində 8 DİN əməkdaşı güllələnib. Hazırda qruplaşma üzvləri Ramit dərəsində gizlənib. Qruplaşmanın zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR