Bakıda ticarət mərkəzindən və Sumqayıtda səyyar satışla məşğul olan şəxsdən partlayıcı oyuncaqlar götürülüb

Bakıda ticarət mərkəzindən və Sumqayıtda səyyar satışla məşğul olan şəxsdən partlayıcı oyuncaqlar götürülüb
# 23 dekabr 2014 10:18 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda ticarət mərkəzindən və Sumqayıtda səyyar satışla məşğul olan şəxsdən xeyli miqdarda partlayıcı oyuncaqlar götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Biləcəri qəsəbəsinin ərazisində səyyar satışla məşğul olan Etibar Həsənovdan 1200 ədəd, Lökbatan qəsəbəsinin ərazisində yerləşən ticarət mərkəzində, orada satıcı işləyən Zöhrab Mirzəyevdən 5200 ədəd, Sumqayıt şəhərində səyyar satışla məşğul olan Məmiş Bəylərovdan 16300 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR