Əşrəf Şıxəliyev BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupunun görüşündə iştirak edib

Əşrəf Şıxəliyev BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun Məşvərət Qrupunun görüşündə iştirak edib
# 04 noyabr 2015 12:31 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev 27-28 oktyabr tarixlərində Nyu Yorkda BMT-nin Fövqəladə Hallara qarşı Mərkəzi Cavab Fondunun (CERF) Məşvərət Qrupunun görüşündə iştirak edib.


AİDA-dan APA-ya verilən məlumata görə, görüş zamanı qrup üzvləri 2015-ci ilin dekabrında CERF-in 10 illik yubileyinin qeyd edilməsi və 2016-cı ilin may ayında İstanbulda keçiriləcək “Dünya Humanitar Sammiti”nə hazırlıq prosesi, habelə bu il ərzində CERF tərəfindən müxtəlif ölkələrdə həyata keçirilmiş layihələri və Fonda daha effektiv şəkildə donor vəsaitlərinin cəlb edilməsi məsələlərini nəzərdən keçiriblər, müvafiq təkliflər hazırlayıblar.


Qeyd edək ki, Məşvərət Qrupu CERF qarşısında qoyulan məqsədlərə nail olmaq üçün onun fəaliyyətinin təkmilləşdirilməsinə dair BMT baş katibinə məsləhət verir. Qrup üzvləri donor və yardım alan ölkələrin dövlət rəsmiləri, humanitar yardım agentliklərinin rəhbərləri və tanınmış ekspertlərdən ibarətdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR