Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Astarada olub - FOTO

Kolumbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Astarada olub - <span style="color: red;">FOTO
# 07 oktyabr 2015 16:01 (UTC +04:00)

Astara. Ağəddin Babayev – APA. Kolumbiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena cənub bölgəsinə səfəri çərçivəsində Astara rayonunda olub.

APA-nın cənub bürosunun xəbərinə görə, Astara Rayon İcra Hakimiyyətində xarici diplomatla keçirilən görüşdə rayonun tarixi, coğrafi mövqeyi, əhalinin məşğulluğu, iqtisadiyyatı, sosial-iqtisadi inkişafı və turizm potensialı barədə ətraflı məlumat verilib. İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev bildirib ki, Kolumbiya ilə Azərbaycan arasında məsafə uzaq olsa da, hər iki ölkənin əməkdaşlıq əlaqələrinin genişlənməsi bu məsafəni qısaldır, xalqları bir-birinə yaxınlaşdırır.

Astara rayonunun nümayəndə heyətinin Kolumbiya Respublikasına səfəri və bu ölkənin şəhərlərindən biri ilə Astaranın qardaşlaşması təklifi diplomat tərəfindən razılıqla qarşılanıb. Ölkəsi haqqında məlumat verən səfir bildirib ki, Kolumbiya inkişaf etməkdə olan aqrar-sənaye ölkəsidir. Neft ehtiyatlarına görə Latın Amerikasında üçüncü, daş kömür ehtiyatlarına görə isə birinci yeri tutur.

Görüşün sonunda Assad Jose Jater Pena və Qəzənfər Ağayev bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Kolumbiyalı diplomat Astara şəhərindəki Heydər Əliyev Mərkəzinə, rayon Mərkəzi Kitabxanasına və Xəzər dənizi sahilində salınmış park-bulvar kompleksinə də baş çəkib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR