Spiros Kapralos: “Avropa Oyunlarındakı bəzi məsələlər Olimpiya Oyunlarında da tətbiq edilə bilər”

Spiros Kapralos: “Avropa Oyunlarındakı bəzi məsələlər Olimpiya Oyunlarında da tətbiq edilə bilər”
# 28 iyun 2015 10:52 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, bunu Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komitəsinin, eyni zamanda Bakı-2015 I Avropa Oyunlarının koordinasiya sədri Spiros Kapralos deyib.

S.Kapralos bu gün təşkil edilən mətbuat konfransında təşkilatçılıqdan danışıb: “Cənab nazir Azad Rəhimova, könüllülərə dərin təşəkkürümü bildirirəm. Bizə verilən vədlərdən də yaxşı səviyyədə təşkilatçılıq izlədik. Oyunların uğuru həm də innovasiyalarla bağlıdır. Bizdə hətta paralimpiya növü üzrə yarış da keçirildi. 16 idman növünün 12-də Olimpiya təsnifatları baş tutdu. Oyunların mərkəzində əlbəttə ki, idman dururdu. Biz insanlara göstərməyə çalışdıq ki, Azərbaycan xalqı üçün bu Oyunlar çılğın keçirildi. Növlərin birində Amerika rekordu yenilənib. Bu yarışları izləmək çox maraqlı idi. Həmçinin, yeni idman növlərində yarışlar izlədik. Sponsorlar üçün də maraqlı oldu. Gözəl açılış mərasimi baş tutdu. Bağlanış mərasiminin də mükəmməl olacağına inanıram. Burdakı bəzi məsələlər gələcəkdə Olimpiya Oyunlarında da tətbiq edilə bilər. 50 ölkədən 42-si medal qazandı. Bu, idmanın inkişafı baxımından çox önəmlidir. Bəzi idmançılar ola bilsin ki, Olimpiya Oyunlarında iştirak etməyəcəklər. Amma gəlib Avropa Oyunlarında iştirak etdilər, bu təcrübəni yaşadılar. Hazırda bu Oyunların təhlilini aparırıq. Bu təşkilatçılıqdan müəyyən dərslər götürüb, gələcəkdə Olimpiya Oyunlarında tətbiq edəcəyik”.

Onun sözlərinə görə, Azərbaycanın Avropa Oyunları üçün inşa edilən idman qurğularına ehtiyacı var: “Gələcəkdə də ölkədə böyük turnirlər keçiriləcək. Şahmat, cüdo üzrə yarışlar, Avro-2020-nin oyunları burada olacaq. Bu da ölkə gəncləri üçün möhtəşəm sərmayədir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR