Bank Of Baku

Məhkəmə müdafiə nazirinin sabiq müavininin şikayətini təmin etməyib

Məhkəmə müdafiə nazirinin sabiq müavininin şikayətini təmin etməyib
# 22 iyun 2018 12:52 (UTC +04:00)

Ali Məhkəmədə müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsindəki məhkəmə qərarından verilən kassasiya şikayətinə baxılıb. 
 
 
APA-nın xəbərinə görə, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib. 
  
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehman Səlimov 8 il azadlıqdan məhrum edilib. O, bəraət xahişi ilə hökmdən apellyasiya şikayəti versə də, müraciəti təmin olunmayıb. Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verilib.

 
M. Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR