MDB-də sədrlik Qazaxıstana keçib

MDB-də sədrlik Qazaxıstana keçib
# 10 oktyabr 2014 14:04 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Müstəqil Dövlətlər Birliyində sədrlik Qazaxıstana keçib.

APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, MDB dövlət başçılarının növbəti iclası gələn ilin sentyabr-oktyabr aylarında Astanada baş tutacaq.

“Biz razılaşdıq ki, gələn il sədrlik Qazaxıstana keçsin və 2015-ci ilin sentyabr-oktyabr aylarından növbəti iclası Astanada keçirək. Dəqiq tarixi sonra açıqlayacağıq”, – deyə o qeyd edib.

A. Lukaşenko əlavə edib ki, MDB-nin inkişaf konsepsiyası çərçivəsində kifayət qədər işlər görülüb, amma elmi sahədə əməkdaşlığın səviyyəsi yetərincə deyil.

MDB-nin 2014-cü il sədrliyi sıra qaydası ilə Ukraynaya keçsə də, Krımın Rusiya tərəfindən ilhaqından sonra rəsmi Kiyev bu öhdəlikdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR