Azərbaycan enerji istehsalını 3% artırıb

Azərbaycan enerji istehsalını 3% artırıb
# 05 avqust 2014 11:18 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin iyul ayında ölkə enerji sistemində 1,8 mlrd. Kv/saat-dan artıq elektrik enerjisi istehsal edilib.

“Azərenerji” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə eynidir.

Bu ilin yanvar-iyul ayları ərzində isə 13 mlrd. Kv/saat-dan artıq elektrik enerjisi istehsal edilib ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 3,2% çoxdur.

Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR