«Təmiz Şəhər» tullantılarının idarə edilməsi mövzusunda növbəti mühazirələr keçirib

«Təmiz Şəhər» tullantılarının idarə edilməsi mövzusunda növbəti mühazirələr keçirib
# 02 aprel 2013 07:39 (UTC +04:00)

Bakı - APA-Economics. Mart ayında «Təmiz Şəhər» ASC-nin təşkilatçılığı ilə gənc nəslin tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində biliklərinin artırılması məqsədilə Azərbaycan Dövlət Neft Akademiyasında ekoloji maarifləndirilmə tədbirləri keçirilib.

ASC-dən «APA-Economics»ə verilən məlumata görə, «Təmiz Şəhər» ASC-nin Ətraf mühitin mühafizəsi şöbəsinin müdiri Sabit Zeyniyev «Dağ-mədən mühəndisliyi» ixtisası və «Tempus» proqramı çərçivəsində «Ətraf mühit və neft sənayesi» ixtisası üzrə təhsil alan tələbələrə «Bərk məişət tullantılarının idarə edilməsi» mövzusunda mühazirələr oxuyub.

Mühazirələr zamanı tələbələrə bərk məişət tullantılarının anlayışı, termin və təyinləri, bərk məişət tullantılarının idarə olunmasının ekoloji konsepsiyası, 2012-ci ilin sonunda tam istismara verilmiş Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi Zavodları və «İçərişəhər»də tullantıların çeşidlənməsi layihəsi haqqında ətraflı məlumat verilib. Həmçinin tullantıların çeşidlənməsi və yandırılması prosesini əyani olaraq izləmək məqsədilə mart ayından etibarən zavodlara məlumat turlarına start verildiyi və istəyən hər bir tələbənin bu turlarda iştirak edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, artıq 4 ilə yaxındır «Təmiz Şəhər» ASC Azərbaycan Dövlət Neft Akademiyası ilə gənc nəslin ekoloji maarifləndirilməsində və tərbiyəsində birgə fəaliyyət göstərir. Bu cür səmərəli əməkdaşlığın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR