Bakıda mənzildən pul oğurlayan şəxs tutulub

Bakıda mənzildən pul oğurlayan şəxs tutulub
# 14 iyul 2014 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Bakı şəhərində mənzildən oğurluq edən şəxs saxlanılıb. APA-nın Daxili İşlər nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 13-nə keçən gecə Lökbatan qəsəbə sakini İ. Əliyevin mənzilindən pəncərədən girmək yolu ilə içərisində 7800 manat olan seyf və 1 ədəd mobil telefon oğurlamış Yardımlı rayon sakini Neymət Əlişov yaxalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR