Bakı. Hafiz Heydərov – APA. Abşeron rayonunda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sentyabrın 4-də elektrik cərəyanı vurması nəticəsində xəsarət alan Abşeron rayon sakini Əlisəfa Məmmədov sentyabrın 8-də xəstəxanada ölüb.